putin cinpin

Rusiya Prezidenti Vladimir Putin mayın 20-də Çinə bir günlük işgüzar səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Səfər çərçivəsində təntənəli qarşılanma mərasimi planlaşdırılmayıb. Bu addım Moskva ilə Pekin arasında rutin təmasların bir hissəsidir”, – deyə bildirilib.

Digər tərəfdən, Çinin ABŞ və Rusiya liderlərini eyni ayda, lakin müxtəlif vaxtlarda qəbul etməsi diqqət çəkir.

Bu vəziyyət Pekinin hər iki ölkə ilə münasibətlərini balanslı şəkildə idarə etməyə çalışdığını göstərir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 14–15 may tarixlərində Çinə səfər edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: