tramp 4 900x565 1

“ABŞ və İran bu gün danışıqlara başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hazırda biz onlarla danışıqlar formatında təmasdayıq”, – o bildirib.

ABŞ Prezidenti danışıqlarda kimlərin iştirak edəcəyini və görüşün harada keçiriləcəyini açıqlamayıb.

O, həmçinin mümkün razılaşmanın əldə olunması üçün hər hansı son tarix müəyyən etmədiyini də bildirib.

Tramp xatırladıb ki, daha əvvəl İrana qarşı güclü hərbi zərbə endirməyi planlaşdırırdı.

“Ancaq İran hakimiyyəti bunu istəmirdi. Açığını desəm, Səudiyyə Ərəbistanı da bunu istəmirdi. Onlar hesab edirlər ki, razılaşma çox yaxındır”, – deyə ABŞ Prezidenti əlavə edib.

Söhbət Hörmüz boğazında gəmiçiliyin bərpası və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmalardan gedir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: