1754687553 8351b7a417accbc182a9b4c77245de4c

“Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trumpın dəvəti ilə “Sülh Şurası”nın (Board of Peace) ilk iclasında iştirak etmək üçün Vaşinqtondadır. Fikrimcə, bu, qlobal sülh təşəbbüslərinə Azərbaycan kimi Cənubi Qafqazda önəmli aktor hesab edilən bir dövlətin töhfə verməsi baxımından əhəmiyyətli hadisədir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

O bildirib ki, səfərin məqsədi təkcə şuranın iclası ilə məhdudlaşmır:

“Burada həmçinin AzərbaycanABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin yeni istiqamətdə – texnologiya, süni intellekt, rəqəmsal transformasiya, habelə ənənəvi sahələrdə daha dərindən inkişaf etdirilməsi məqsədləri dayanır. Bu səfər, iqtisadi, təhlükəsizlik və regional sülh təşəbbüslərini ön plana çıxaran daha geniş diplomatik cəhdlərin tərkib hissəsidir.

elnur enveroglu
Elnur Ənvəroğlu

Xüsusilə Bakı və Vaşinqton arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması, eyni zamanda qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq sahələri səfərin kontekstində diqqət mərkəzindədir. Bu səbəbdən də dövlət başçısının ABŞ-a səfərini ikitərəfli münasibətlərin yeni səviyyəyə çıxarılması, qlobal sülh təşəbbüslərində daha fəal rol alınması və qarşılıqlı iqtisadi-siyasi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm bir hadisə kimi dəyərləndirərdim”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: