IMG 20250818 WA0032

ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşü zamanı Oval kabinetdə xəritə də yer alıb.

Globalinfo.az xəbər verir ki, qapalı danışıqlar başlamazdan əvvəl kabinetdə Ukrayna xəritəsi quraşdırılıb.

IMG 20250818 WA0066

Xəritədə Ukraynanın şərqi çəhrayı rənglə, Rusiyanın nəzarətində olan ərazilər kimi göstərilib – bu, ölkənin təxminən 20%-ni əhatə edir.

BBC yazır ki, bu xəritə Tramp üçün Zelenskiyə təzyiq vasitəsi, yəni ərazilərin sülh müqabilində dəyişdirilməsi üçün vizual arqument rolunu oynaya bilər.

IMG 20250818 WA0052

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: