“ABŞ Prezidenti Donald Tramp ştatlarda qubernator seçkiləri yaxınlaşdığı üçün administrasiyasının Ukrayna münaqişəsinin həllində iştirakını dayandıra bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlentic”in məqaləsində qeyd olunur.
Qəzet yazır ki, rəsmi Kiyev vaxtın tükəndiyini hiss edir. Növbəti həftələrdə seçkilərlə bağlı proses irəlilədikcə Tramp Ukrayna danışıqlarında iştirakın əhəmiyyətsiz olduğuna qərar verə bilər.
Trampın diplomatik danışıqlardakı uğursuzluğa görə həm Rusiyanı, həm də Ukraynanı ittiham edərək geri çəkiləcəyi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az