1676958193 ukrayna 55

Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərinə də PUA hücumu təşkil edib. Nəticədə burada yerləşən neft emalı zavodunda yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Boçarov məlumat yayıb.

Qeyd edək ki, zavod Rusiyanın aparıcı enerji şirkətlərindən “Lukoil”ə məxsusdur.

***10:37

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya Federasiyasının Belqorod bölgəsində hücum həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bölgə rəhbəri Vyaçeslav Qladkovun verdiyi məlumata görə, hücum zamanı üç mülki şəxs yaralanıb.

Qeyd edək ki, bu hadisə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında 15 avqustda Alyaskanın Ankoric şəhərində baş tutacaq görüşdən əvvəl baş verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: