ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinin Çinin İrana silah verməyəcəyinə dair vədinə inandığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında deyib:
“Prezident Si mənə İrana heç bir silah göndərməyəcəyinə dair söz verdi. Bu, əla vəddir. Mən onun sözünə inanıram. Bunu qiymətləndirirəm”, – deyə Tramp bildirib.
İranla mümkün danışıqlardan söz açan Amerika lideri diplomatiyaya şans verməyə və hərbi əməliyyatların bərpasını təxirə salmağa hazır olduğunu açıqlayıb.
“İki və ya üç gün vaxt vermək mümkündür. Bu cümə gününə və ya gələn həftəyə qədər ola bilər. Amma məhdud müddət olacaq. Çünki onlara nüvə silahına sahiblənməyə şans vermək istəmirəm”, – deyə prezident vurğulayıb.
Tramp həmçinin bildirib ki, Çin lideri heç vaxt Putinin Ukraynaya hücum etdiyinə görə peşman olacağını deməyib.Kuba haqqında danışan Amerika prezidenti ölkə ilə razılığa gəlmək ehtimalını istisna etməyib.
“Kubanın köməyə ehtiyacı var və biz bunu təmin edəcəyik”, – ABŞ lideri bildirib.
Əliyar Xəlil