ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya şahzadəsi Harrini deportasiya etmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə Tramp “The New York Post” qəzetinə müsahibəsində deyib.
“Mən bunu etmək istəmirəm. Mənim onunla işim yoxdur. Onun onsuz da həyat yoldaşı ilə kifayət qədər problemi var”, – deyə Prezident müsahibəsində qeyd edib.
Xatırladaq ki, daha əvvəl Marqaret Tetçer adına Azadlıq Mərkəzinin direktoru Nayk Qardiner ABŞ Prezidenti Donald Trampın yaxın bir neçə ay ərzində şahzadə Harrini deportasiya edəni açıqlamışdı.
Aysel Əliyeva
Globalinfo.az