owl detail 620 2c01252f4985cb74200041783b42b1b8

ABŞ Prezidenti Donald Tramp NATO Sammitində iştirak etmək üçün səfər etdiyi Ankarada türk hərbçilərinə türkcə müraciət edib.

Globalinfo.az xəbər verir ki, o, hərbçiləri “Merhaba asker!” (“Salam, əsgər!”) sözləri ilə salamlayıb.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 7-8-də Ankarada keçirilir.

Tədbirdə alyansa üzv olan 32 ölkənin nümayəndə heyətləri, o cümlədən dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri iştirak edirlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: