upload 2025 01 21T012718Z 96026449 RC21ECA0UG10 RTRMADP 3 USA TRUMP INAUGURATION pic 32ratio 900x600 900x600 63676

ABŞ Prezidenti Donald Trampın paylaşımı müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, o, ölkəsində satışa çıxarılan “Coca-Cola” içkisinin reseptini dəyişməyə çağırıb.

“Mən “Coca-Cola” şirkəti ilə danışıqlar apardım, dedim ki, qarğıdalı siropu əvəzinə təbii qamış şəkərindən istifadə etsinlər. Onlar razılaşdılar. Bu, çox yaxşı qərardır və içki belə formada daha yaxşı olacaq”, – Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, qamış şəkəri ABŞ-da 1980-ci illərə qədər Coca-Cola-da əsas dadlandırıcı kimi istifadə edilirdi. Daha sonra pula qənaət etmək üçün ucuz yüksək fruktozalı qarğıdalı siropu ilə əvəz olundu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: