69b41af7abe7269b41af7abe73177341106369b41af7abe7069b41af7abe71 14

ABŞ lideri Donald Tramp “Truth Social” platformasında paylaşım edib və NATO-nu “kağız parçası” adlandırıb.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, alyans ölkələri İrana qarşı əməliyyata qoşulmaq istəməyib:

ABŞ olmadan NATO sadəcə “kağız parçası”ndan ibarət bir təşkilatdır. Onlar nüvə silahına malik İranla mübarizəyə qoşulmaq istəmədilər. İndi isə bu mübarizə hərbi baxımdan qazanılıb və onlar üçün demək olar ki, təhlükə qalmayıb”, – Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, alyans ölkələri neft qiymətlərinin yüksək olmasından şikayətlənir, lakin Hörmüz boğazı ilə bağlı hərbi əməliyyata dəstək vermək istəmirlər. Halbuki bu, qiymətlərin artmasının əsas səbəbidir.

Tramp NATO ölkələrini sərt ifadələrlə tənqid edərək onları “qorxaq” adlandırıb və bunu yadda saxlayacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: