Danimarka Vaşinqtonla Arktikanı müzakirə etməyə razılıq verib.
Globalinfo.az xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra deyib.
Danimarka Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda Rasmussen və Rubio arasında telefon danışığının 20 dəqiqə davam etdiyini bildirib.
Danışıqların konstruktiv məcrada keçdiyi qeyd edilib. Tərəflər Ukrayna, Avropanın təhlükəsizliyi və Yaxın Şərqdəki situasiyanı müzakirə ediblər:
“Arktikanın təhlükəsizliyi gündəmdə olmayıb, amma qərara alınıb ki, ABŞ, Danimarka və Qrenlandiya arasında müzakirə sonra aparılsın”.
“Financial Times” qəzeti isə Avropadakı mənbələrinə istinadən yazıb ki, Trampla Danimarka baş naziri Mette Frederiksen arasındakı telefon danışığı çox pis keçib. Qəzetin mənbələrinə görə, Tramp telefon danışığı zamanı aqressiv tona üstünlük verib. Buna səbəb isə Danimarka hökumətinin Qrenlandiyanın satılmayacağını deməsi olub. Lakin telefon danışığı zamanı Frederiksen Trampa hərbi əməkdaşlığın genişləndirilməsini təkli edib:
“Trampın aqressiv tonu soyuq duş oldu. Əvvəl bunu çətinliklə ciddi qəbul etmək olardı. Məncə indi situasiya ciddi və çox təhlükəlidir”.
Qeyd edək ki, Tramp bundan öncə Qrenlandiyanın ABŞ-yə verilməsini tələb edib.
Əliyar Xəlil
Globalinfo.az