Tramp iki böyük paytaxtı bombalatdıracaqdı – VP

“ABŞ prezidentliyinə namizəd Donald Tramp çıxışlarından birində deyib ki, onun vəzifədə olduğu müddətdə Rusiya Ukraynaya hücum etsəydi, anında Moskvanı bombalamaq əmri verəcəkdi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”un (VP) məqaləsində qeyd edilib.

Nəşr yazır ki, D.Tramp bu sözləri seçki kampaniyası çərçivəsində keçirilən təşviqat tədbirindən çıxışı zamanı deyib:

“O bildirib ki, prezidentliyi dövründə Rusiya Ukraynaya, Çin Tayvana hücum etsəydi, dərhal Moskva və Pekini bombalamaq əmri verəcəkdi”.

Məlumata görə, Trampın bu çıxışı seçki kampaniyasını maliyyələşdirən sponsorları təəccübləndirib.

Ayşən Mustafa
Globalinfo.az