Tovuzda bazar bağlanıb?

“Tovuz rayonunda yerləşən qida və meyvə-tərəvəz məhsullarının satışı həyata keçirilən bazarın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həmin bazarda 21.12.2023-cü il və 06.02.2024-cü il tarixlərində aparılan yoxlama-nəzarət tədbirlərinin nəticəsi olaraq, hər hansı bir məhdudlaşdırıcı qərar qəbul edilməmişdir. Bununla əlaqədar, bazarda hökm sürən antisanitar şəraitin aradan qaldırılması və sağlamlaşdırıcı tədbirlərlə bağlı tələblər təqdim olunmuş, həmçinin aşkar edilən nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.

Bazarda çalışanların fəaliyyətinin tənzimlənməsi və xəbərdə qeyd olunan digər məsələlərin isə Agentliyə heç bir aidiyyəti yoxdur.