Aktyorlar Tom Kruz və Keti Holmsun qızı Suri rəsmi olaraq atasının soyadından imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Page Six nəşri” sənədlərə istinadən məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Suri Pensilvaniya ştatında səsvermə üçün Suri Noel adı ilə qeydiyyatdan keçib.
Bu isə onun yeni rəsmi soyadının məhz belə olduğunu göstərir:
“Soyad dəyişikliyi Suri kollec təhsili almaq üçün Pensilvaniyaya köçməzdən əvvəl, Nyu-Yorkda rəsmiləşdirilmiş ola bilər. Noel isə anası Keti Holmsun ikinci adıdır”.
Qeyd edək ki, Tom Kruz və Keti Holms 2012-ci ildə boşanıblar. Boşanmadan sonra Suri anası ilə yaşamağa başlayıb.
Günel Cəlil
Globalinfo.az