Tiktoker Ləman saxlanılıb?

“TikTok” sosial şəbəkəsində açdığı canlı yayımlarla auditoriya toplayan Ləman Vəliyevanın həbs olunması barədə məlumat yayılıb. Onun ötən gün saxlanıldığı bildirilir. 

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, L.Vəliyeva saxlanılmayıb.

Qeyd edək ki, tiktoker bir müddət əvvəl himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələrlə işlədib. Daha sonra o, polis şöbəsinə dəvət edilib və himnə qarşı etdiyi hörmətsizliyə görə üzr istəyib.