ab2f76d0 2c4a 11ed b978 1141b017d1f6.jpg

“Zelenskinin “qələbə planı” ya NATO-ya sürətli formada daxil olmaqdan, ya da təhlükəsizlik zəmanətlərindən asılıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat dərc edib.

“Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın yüksək səviyyəli rəsmilərinə Rusiya ilə müharibəni bitirmək üçün “qələbə planı”nı təqdim etməsindən bir həftədən çox vaxt keçib. Lakin strategiyanın təfərrüatları və onun necə həyata keçiriləcəyi qaranlıq qalır. Kiyev isə ABŞ-da prezident seçkilərinə cəmi bir ay qalmış əlavə beynəlxalq dəstək almağa çalışır. Bu plan çox güman ki, ya NATO-ya sürətli girişdən, ya da məcburi təminatlardan asılıdır”, – The Washington Post yazıb.

Eyni zamanda nəşr iddia edir ki, Zelenskinin hərəkətləri Ukraynanın qeyri-müəyyənliyini artırıb.

“Ukrayna Rusiyaya qarşı silahlanmaq üçün ABŞ-a əsas müttəfiqi kimi güvənir. Lakin bu dəstəyin nə qədər davam edəcəyindən əminlik yoxdur. Çünki müharibəyə diqqət azalır və Yaxın Şərqdə yeni eskalasiya baş verir. Bununla belə, Zelenskinin növbəti həftə ABŞ prezidentinin də iştirak edəcəyi Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında qələbə planını təqdim etmək şansı olacaq”.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: