TƏCİLİ: Bəşər Əsədin qardaşı öldürüldü

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin sui-qəsd nəticəsində öldürüldüyünə dair məlumat yayılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə israilli jurnalist Edi Kohen “X” platformasında paylaşım edib.

“Hörmətli atanıza və Qasım Süleymaniyə salam deyin”, – paylaşımda qeyd olunur.

Məlumata görə, M.Əsədə qarşı sui-qəsdi İsrail kəşfiyyatı həyata keçirib.

Qeyd edək ki, Mahir Əsəd Suriya kəşfiyyatına rəhbərlik edirdi.