TDT-nin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı Şuşada davam edir

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı davam edir.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması üçün hazırlıqlar başlayıb.

Səfərin birinci hissəsində oktyabrın 27-də Toplantının Bakıda keçirilən iclasında razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasiminin keçirilməsi planlaşdırılır.