Tatlıtuğlar ailəlikcə koronavirusa yoluxdular

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer ikinci dəfə koronavirusa yoluxublar. 

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, cütlüyün oğlu Kurt Efe Tatlıtuğun da COVID-19 testi müsbət çıxıb.

Bodrumdakı evlərində karantinə alınan Tatlıtuğ ailəsinin üzvləri xəstəliyi yüngül keçirirlər.

Kıvanç Tatlıtuğ iki layihəsinin olduğu “Netflix”in tədbirinə bu səbəbdən qatıla bilməyib.