Azərbaycanlı şair vəfat etdi – FOTO

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü Valeh Bahaduroğlu vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 63 yaşlı yazıçı qəfil dünyasını dəyişib.

O, doğulub boya-başa çatdığı İmişli rayonunun Əliqulular kənd qəbiristanlığında dəfn edilib.