Türkiyəli məşhur müğənni Güllünün qızı Tuğyan Ülkem Gültər və onun dostu Sultan Nur Ulu saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dunya.com” məlumat yayıb.
Məlumata görə, Ülkem Gültər və dostu Sultan Nur Ulu Yalova Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində barələrində çıxarılan həbs qərarından sonra ölkədən qaçmağa cəhd edərkən saxlanılıblar.
Qeyd edək ki, 26 sentyabrda həyatını itirən müğənninin ölüm səbəbi hələ də araşdırılır. Şübhəlilər arasında onun ailə üzvləri, xüsusilə də qızı Tuğyan Ülkəm Gültər də yer alır.
Safura Bənnayeva
Globalinfo.az