Tanınmış meyxanaçı Yeni ili xaricdə belə qeyd etdi – FOTO

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu Yeni ili İsraildə qarşılayıb.

Globalinfo.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, o bu barədə İnstaqram hesabında paylaşım edib.

Konsert səbəbilə İsrailin Netanya şəhərinə üz tutan meyxanaçı paylaşdığı fotoya belə şərh yazıb:

“Salam, əziz izləyicilərim. Gecikdiyim üçün üzrlü sayın. Bayramınız mübarək olsun. İnşallah, 2023 hər birimizə uğurlu, düşərli olsun. Ötən illərdən dərs alaraq həmrəyliyimizi qoruyaq, mehriban, xoş niyyətli olaq. Vacib olan can sağlığımız yerində, xoşbəxtliyimiz daimi olsun”.