Tanınmış aparıcıya yeni vəzifə verildi

Məşhur aparıcı Vamiq Nəsirova vəzifə verilib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında paylaşım edib.

“Hər yeni qərar, hər yeni addım bərabərində əlavə məsuliyyət gətirir. Artıq fəaliyyətimi Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya Departamentində şöbə müdiri kimi davam etdirəcəm. Hər zamankı kimi, əsas məqsəd göstərilən etimadı doğrultmaqdır. AMADA-ya və onun bütün kollektivinə isə təşəkkür edirəm. Çalışdığım 3 il mənim üçün əvəzsiz bir təcrübə və karyera inkişafinda böyük bir mərhələ idi”, – deyə Vamiq Nəsirov bildirib.

Qeyd edək ki, Vamiq Nəsirov indiyədək Azərbaycan Milli AntiDopinq Agentliyində çalışırdı