Şuşaya güclü qar yağdı – FOTOLAR

Şuşaya güclü qar yağıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki , fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü hazırda 6-7 santimetrə çatıb.

Qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülür.

Havanın temperaturu -5 dərəcədir.