Şuşaya getmək istəyənlərin nəzərinə

Şuşaya növbəti turist səfərinin 15-16 aprel tarixlərində olması gözlənilir.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.

O bildirib ki, səfər ikigünlük olacaq.

“İndiyə qədər cəmi bir dəfə martın 18-də Şuşaya turist səfəri gerçəkləşdirilib” – deyə o qeyd edib.