Şuşanın iki məktəbi Xocalının tabeliyinə verilir

Xocalı rayonunun tabeliyinə iki məktəb verilib.

Globalinfo.az bildirir ki, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

Belə ki, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi” sözləri ilə əvəz edilib.

Bundan başqa “Şuşa rayonu Quşçular kənd tam orta məktəb” bundan sonra “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” adlandırılıb.