Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
“Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir”, – deyə qurum bildirib.
DİN sürücülərə də müraciət edib:
“Sürücülər avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar”.