Suriyadan Türkiyəyə keçmək istəyən terrorçular yaxalandı

Suriyadan Türkiyəyə və ölkə ərazisindən Yunanıstana qeyri-qanuni yollarla keçmək istəyən 12 nəfər yaxalanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, həmin şəxslərdən 9-nun FETÖ, 2-nin PKK/KCK, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.