Rusiyada antiterror əməliyyatı: silahlılar məhv edildi – VİDEO

Nalçikdə keçirilən antiterror əməliyyatı zamanı iki silahlı məhv edilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, quldur dəstəsinin üzvləri beynəlxalq terror təşkilatının tərkibinə daxil olublar. Onlar Kabardin-Balkar Respublikası ərazisində bir sıra diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Qurum əməliyyatın görüntülərini paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

***11:40

Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə Rusiya təhlükəsizlik qüvvələri ilə bir qrup yaraqlı arasında döyüş gedir. Bununla əlaqədar Nalçikdə və Çerekski rayonunda səhər saatlarında antiterror əməliyyatı rejimi tətbiq edilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi xəbər yayıb.

Məlumata görə, Nalçikdə quldur dəstəsi ilə toqquşma səhər saat 5 radələrində baş verib – Rusiya Qvardiyasının zirehli maşını atəşə tutulub.

İlkin ehtimallara görə, quldur dəstəsinə 12-yə qədər yaraqlı daxildir. Onlar silahı yerə qoyub hakimiyyətə təslim olmaq təklifinə cavab olaraq asayiş keşikçilərinə atəş açıblar.

Təhlükəsizlik qüvvələri əməliyyatın görüntülərini paylaşıblar.