Suriyanın şimal-qərbində 30-dan çox tibb müəssisəsi fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Bildirilir ki, fəaliyyət göstərən digər xəstəxanalar ağır yük altında işləyirlər.

Sənəddə deyilir: “Hərbi əməliyyatlar başlayandan Suriyanın şimal-qərbində 30-dan çox tibb müəssisəsi fəaliyyətini dayandırıb və bu, qalan xəstəxanaların üzərinə böyük yük qoyub”.

Xatırladaq ki, noyabrın 27-də “Həyat Təhrir əş-Şam” qruplaşmasının silahlıları Suriyanın Hələb və İdlib əyalətlərinə hücuma keçiblər. Dekabrın 1-də silahlılar Hələb şəhərini demək olar ki, tamamilə nəzarətə ala biliblər. Bununla belə, şiddətli döyüşlər davam edir və Suriya ordusu Rusiya Aerokosmik Qüvvələri tərəfindən fəal şəkildə dəstəklənir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: