Suriya XİN başçısı İsraillə müharibə mesajı verdi

“Suriya İsrailə qarşı bir neçə dəfə müharibə aparıb və daha çoxuna hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Faysal Mikdad Dəməşqdə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun nə zaman və harada olmasına Suriya qərar verəcək.

O, ölkənin bir qisminin İsrail, ABŞ və Türkiyənin nəzarətində qaldığını və Suriyanın öz torpaqlarını azad etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hazırda Suriyada səfərdədir.

Əliyar Xəlil
Globainfo.az