Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü

photo 2025 04 19 23 11 48

Sumqayıtda yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın söndürülüb. 

Globalinfo.az xəbər verir ki, alovun qarşısı operativ şəkildə məhdudlaşdırılıb və ətrafdakı obyektlərə, digər ticarət mərkəzlərinə ziyan dəyməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmayıb. Yanğının səbəbləri araşdırılır.

***

Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

*** 22:57

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.