fh 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA Optima” və “TOYOTA Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.

    Yanğın nəticəsində “TOYOTA Prius” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Paylaş: