3

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki “Opel”, “Toyota Prius”, “VAZ-2104”, “Changan” və “BMW” markalı minik avtomobilləri toqquşub.

Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

4 2

Paylaş: