Sumqayıt sakini “peredoz”dan öldü

Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər xəstəxanasında baş verib.

Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb.

Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.