Sülhməramlılar Qarabağa gələndə başa düşdük ki… – Fəzail Ağamalı

“Əgər Əli Kərimli və ətrafındakılar zərrə qədər ləyaqət hissinə malikdirlərsə, Prezidentin önünüdə baş əyərək ondan və Azərbaycan xalqından yalanlarına görə üzr istəyərlər” .

Globalinfo.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin aprelin 19-da keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra rus sülhməralılarının Qarabağdan çıxarılacağı artıq bəlli idi:

“Bir neçə gündür ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı kontingetinin vaxtından əvvəl ölkəmizi tərk etməsi prosesi gedir. Bu ölkə Prezidentinin diplomatik məharətinin ən böyük uğurudur. Bu amil, eyni zamanda Vətən müharibəsi zamanında Kəlbəcər, Ağdam, Laçının şəhid vermədən azad edilməsi məntiqinin davamı kimi qiymətləndirilməlidir. Əvvəldən ölkə Prezidentinin siyasətinə bələd olan hər kəs sülhməramlıların burada yerləşməsinə müvəqqəti hal kimi yanaşırdı. Biz Əli Kərimli və ətarfından fərqli olaraq düşünürdük ki, İlham Əliyev erməni separatizminin kökünü kəsməyi qarşısına məqsəd qoyub. Cənab Prezident buna nail oldu.

2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra əmin idik ki, zaman gələcək sülhməramlılar Qarabağdan gedəcək. Hazırda qarşıda kəndlərin azad edilməsi, demarkasiya prosesinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması dayanır”.

Ayşən Mustafa
Globalinfo.az