ararat mirzoyan irevan bir ay erzinde baki ile sulh sazisinin yekun metnini hazirlamaga hazirdir 1719478383

İrəvan dəfələrlə bəyan edib ki, regionda düşmənçilik səhifəsini bağlamağa hazırdır.

Globalinfo.az xəbər verir ki. bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.

“Sülh sənədini tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar. Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazırdır”, – deyə Mirzoyan vurğulayıb.

Xatırladaq ki, dünən parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90 faizinin razılaşdırıldığını bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: