
“Ermənistanla Azərbaycan arasında danışıqlar aparılır, sülh gündəmimiz var və bunun alternativi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli jurnalistlərə müsahibəsində deyib.
Mirzoyan sülh sənədinin imzalanması üçün bir neçə məkan təklifinin olduğunu bildirib:
“Ümumiyyətlə, yerin hara olacağının fərqi yoxdur, bu, vacib deyil. Məsələn, sənədin Azərbaycan-Ermənistan sərhədində imalanması ideyası da var. Həmçinin bir neçə ölkə öz paytaxtını təklif edir. Mən heç bir variantı istisna etmirəm. Lakin hələ ki Türkiyədə imzalanması ilə bağlı təklif almamışıq”.
Ayşən Mustafa
Globalinfo.az