
Moskva küçələrində qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan çox sayda plakat yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri Birliyi görüntülər paylaşıb.
Plakatların Rusiya ermənilərinin təşəbbüsü ilə paytaxtın müxtəlif ərazilərində asıldığı açıqlanıb. Həmçinin 110 illik çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığı bildirilir.
Paralel olaraq isə Ermənistanda hökumətin bu çərçivədə keçirilən tədbirlər və kampaniyaları məhdudlaşdırmağa çalışdığına dair məlumatlar yayılır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki çıxışlarında qondarma “erməni soyqırımı” iddiasının 1950-ci illərdə Rusiya tərəfindən Türkiyəyə qarşı bir növ silah kimi ortaya atıldığını deyib. O, Türkiyə ilə münasibətlərin normallaşmasının daha vacib olduğunu və keçmişdə baş verən hadisə ilə bağlı təbliğatın aparılmasını doğru hesab etmədiyini söyləyib.

Ayşən Mustafa
Globalinfo.az