
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərinə kamikadze dronla hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
O bildirib ki, hücum nəticəsində 9 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
“Pilotsuz təyyarə müəssisədən işə gedən insanları daşıyan avtobusa çırpılıb”.
Bununla yanaşı, aprelin 23-nə keçən gecə Rusiya Ukraynanın Dnepropetrovsk, Odessa, Kiyev, Poltava vilayətlərinə , eləcə də Xarkova dronla hücum edib.
Günay Rəsulqızı
Globalinfo.az