Sukanal İdarəsinin həyətini su basdı

“Azərsu” ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətini su basıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.

Bildirilir ki, ərazi rayonun Zərifə Əliyeva küçəsində yerləşir. İddiaya əsasən, hər tərəf su olduğundan idarənin binasının həyətinə girmək mümkün deyil.

Problemlə əlaqədar “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə yığılan sular qar suyudur: “Lənkəranda kanalizasiya xətti yoxdur. Həmin sular qar sularıdır. Bir neçə gündür rayona güclü qar yağdığından yağıntılar subasma halları yaradıb”.