“Sputnik V” peyvəndinin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı “Sputnik V” peyvəndinin yaradıcılarından biri Andrey Botikov Moskvada öldürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, alim evində ölü tapılıb.

Məlum olub ki, Botikovu onun yanına gələn qonaq boğaraq öldürüb.

Qeyd edək ki, Botikov COVID-19 əleyhinə peyvənd üçün patentin həmmüəllifidir. O, dərman preparatını yaratdığına görə Rusiya Prezidenti Vladimir Putindən mükafat alan alimlərin arasında olub.