mizintsev

Rusiya mətbuatı yazır ki, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bunu hərbi reportyor Səxavət Məmməd qeyd edib.

O bildirib ki, Mizintsev ordunun maddi-texniki təminatına cavabdeh idi, əvvəllər də Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzinə rəhbərlik edirdi:

“Mizintsev həmçinin 22 min insanın öldüyü Mariupolun üç aylıq mühasirəsinə rəhbərlik edib. Mariupolun dağıdılması, Rusiyanın bombardmanları nəticəsində xarabalığa çevrilən Suriyanın Hələb şəhərinin mühasirəsi ilə müqayisə edilirdi.

Suriyada Rusiya Federasiyasının koordinasiya etdiyi hücumlara məhz Mizintsev rəhbərlik edib və hərbi ekspertlərin fikrincə, o, Mariupolda həmin təcrübədən qismən istifadə edib”.

Qeyd edək ki, 2022-ci ilin martında Britaniya hökuməti Mizintsevə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: