Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Globalinfo.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 937 797, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 097, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 296, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 463, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 941 nəfər təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb