Son dəqiqə: Azərbaycanda güclü zəlzələ oldu – YENİLƏNİR

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Globalinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

***22:05

Azərbaycanda zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, zəlzələ paytaxt Bakıda və bir çox bölgədə hiss edilib.

Xəbər yenilənir…