Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Təkbətək görüş bir saatdan artıq davam edib. Tərəflər görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların yerinə yetirilməsi və ikitərəfli gündəmdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
***15:47
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Globalinfo.az bildirir ki, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı N.Paşinyanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.