“Polşa hökuməti Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, ermənilərin beynəlxalq səviyyədə tanınmış ərazilərində sülh şəraitində yaşamalarını istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Ermənistandakı səfiri Pyotr Skveçinski deyib.
O bildirib ki, Polşa Qarabağdan köçən ermənilərin ehtiyaclarını ödəmək üçün İrəvana maddi dəstək verən ilk ölkələrdən olub.
Qeyd edək ki, P.Skveçinskinin bu açıqlaması Ermənistana dəstək olmaqla yanaşı, Qarabağın Azərbaycan ərazisi olmasının növbəti dəfə təsdiqidir.
Safura Bənnayeva
Globalinfo.az