Siyavuş Novruzovun idman edərkən qolu sındı – FOTO

Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a açıqlamasında deputat özü məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib.

“Təxminən, 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”, – S.Novruzov əlavə edib.