Artıq Ukraynaya ehtiyac yoxdur – Siyartonun “türk kartı”

“Enerji təchizatını təmin etmək üçün Macarıstanın Ukraynadan tranzitə ehtiyacı yoxdur, bunun üçün “Türk axını” kifayətdir”.

Globalinfo.az xəbər veri ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Hazırda enerji təchizatımız təhlükəsiz vəziyyətdədir. Nəzərə alsaq ki, “Türk axını” bizi qazla təmin edə bilər, artıq Ukrayna ərazisindən tranzitə ehtiyacımız yoxdur”, – XİN rəhbəri vurğulayıb.

Sjyarto Macarıstan qaz təchizatı kanallarının artırılması ilə bağlı danışıqlara hazır olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az